Xalq artisti Faiq Ağayev Fransada baş verən terroru pisləyib.
Teleqraf.com xəbər verir ki, Faiq Ağayev sosial şəbəkədə "Dünyanın sonu gəlib. Soyuqqanlılıqla, kor-koranə, qorxmadan insanlar öldürülür” şərhini yazıb.
Qeyd edək ki, Fransanın Nitsa şəhərində baş verən terror aktında 84 nəfər həyatını itirib, 120 nəfər yaralanıb. Ölən və xəsarət alanlar arasında əcnəbilər də var.
Rəqsanə