23 İyul 2016 01:36
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Conni Deppdən bu yaxınlarda ayrılan aktrisa Ember Herd yeni sevgi romanına başlayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, "Tesla Motors"un rəhbəri İlon Maskla sevgilidir. "Forbes"də dünyanın ən varlı 4-cü insanı olan Mask (10,4 milyard dollar) və Ember keçən həftə Mayamidə oteldə, daha sonra isə Los-Ancelesdə restoranlardan birində görünüblər.

Cütlüyün yaxınlarının sözlərinə görə, onlar bir-birlərini dəlicəsinə sevirlər. Amma onlar arasında biznes əlaqələrinin olması da istisna edilmir.

Qeyd edək ki, İ.Mask hazırda ikinci həyat yoldaşı, aktrisa Taluloy Rayli ilə boşanma ərəfəsindədir.




Müəllif: