1 Avqust 2016 13:53
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Tarix (Tolik) Əliyev əməkdar artist Cavanşir Məmmədov və xalq artisti Səməd Səmədova etiraz edib.

Buna səbəb Cavanşir Məmmədovun gənc müğənni Tural Məmmədova onun qarşısında imtahandan keçməli olduğunu deməsi olub.

Teleqraf.com xəbər verir ki, Tolik “Atv maqazin onlarla” verilişində hər iki sənətçinin ünvanına sərt sözlər deyib: “Cavanşir Məmmədov və Səməd Səmədov o səlahiyyətə sahib deyil ki, kimsə onların qarşısında oxusun. Cavanşir Məmmədov şou-biznesdə nə müəllimlik edə bilər? İlhamə Quliyeva öldü, hamı özünü şah hesab edir. Şah-filan yoxdur. Mənəm-mənəm deyənləri İlhamə Quliyevanın çantasını daşıyan, qabını dəyişən görmüşəm. İndi hamı çıxır ki, mən sənətkaram".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər