Məşhur aktyor Mel Qibsonun keçmiş sevgilisi Oksana Qriqoreva münasibətləri haqqında gizli sənəd hazırlayıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Mel Qibson ilə bir il eşq yaşayan Oksana Qriqorevanın Lusia adlı bir qızı var. Cütlük 2010-cu ildə ayrılıb. Eks sevgilisinə 750 min dollar verməyi qəbul edən aktyor münasibətlərinin mətbuata açıqlanmaması üçün 250 min dollar ödəyib.
Oksana Qriqoreva isə 2013-cü ildə tədbirlərin birində gizli sənədləri yayımlayıb. Sənədlərdə aktyorun sevgilisini irqçi zəmində təhdid etdiyi yer alıb.
Bu hadisədən sonra 60 yaşlı aktyor Kaliforniya Məhkəməsinin qərarı ilə 500 min dolları ödəməyi rədd edib.
Rəqsanə