“Fənərbaxça”nın keçmiş prezidenti Mətn Aşıkın qızı Əda Aşık nişanlısı tərəfindən aldadılıb.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Əda Aşık iş adamı hesab etdiyi nişanlısı Yasin Erdoğanın yalanını üzə çıxarıb. Belə ki, o, nişanlısının “İ.Logistika” İdarə Heyətinin üzvü olmadığını, hətta nişanda mənəvi valideynləri kimi təqdim etdiyi insanların aktyor olduğunu öyrənib.
Əda Aşık mətbuata açıqlamasında "Xoş niyyətimin qurbanı oldum. Çox ağladım. Mənim başıma gələnlərin başqa qadınların yaşamasını istəmirəm" deyərək hisslərini dilə gətirib.
Rəqsanə