Müğənni Nadir Qafarzadə həyat yoldaşı Sevinc xanımın ünvanına xoş sözlər deyib.
Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə aravuran insanlara səslənib: “Başımın tacı, həyatımın mənası, yaşamaq həvəsim, iki gül balamın anası, canım, Sevincimlə! Budur xoşbəxtlik! Boş-boş danışmaqla bizə batmaq olmaz. Çünki Allah bizi qoruyur. Allah nə yazıbsa, o da olacaq.
Allah cümləmizi pis gözdən, nəfsdən qorusun! Amin! Ara vurub, sözbazlıq etməyə, ev yıxmağa nə var? Əsl insan ona deyərəm ki, insanlara xeyri dəysin, onların xoşbəxtliyinə səbəb olsun!”.
Rəqsanə