19 Avqust 2016 12:54
2 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mehriban Xanlarovanın instaqram hesabı haker hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, dünən gecə saatlarında oğurlanan sözügedən hesabda çılpaq qız şəkilləriylə yanaşı “Kərim mənim canımdır, biz düşmən deyilik, dostuq” sözləri də yer alıb.

Aktrisa saytımıza açıqlamasında baş verənlərdən bərk əsəbiləşdiyini, xəbəri eşidəndə şok keçirdiyini deyib: “Telefonum suya düşmüşdü, şirkətə vermişəm. Gecəylə zəng elədilər ki, instaqram hesabına lüt qız şəkilləri qoyub, altında da yazıblar ki, guya mən belə pozada şəkillər çəkdirərəm. Ardınca da Kərimin fotosunu paylaşıb, yazıblar ki, Kərim mənim canımdır. Üstəlik, izləyicilərimi bloka salıblar. Bu, kimin işi ola bilər? Kim bunu edib, instaqram hesabımda lüt şəkillər paylaşıbsa, elə bilsin ki, öz ailəsinin lüt şəkillərini paylaşıb. Mənim Allahım var, o hər şeyi görür. Mənim heç kimdə işim yoxdur, Allah haqqı nahaqqa verməsin. Bunu edənləri Allaha tapşırıram.

Hazırda rayondayam, Bakıya qayıdıram. Gecədən şok keçirmişəm. İndi instaqram hesabını geri qaytarmaqla məşğulam”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər