19 Avqust 2016 17:46
2 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşıq Namiq Fərhadoğlu “Məsti-xumar” mahnısına klip çəkdirib.

Teleqraf.com xəbər verir ki, çəkilişləri Fatmayı və Xızıda baş tutan klipə Naib Nailoğlu ekran həyatı verib. Yeni işi haqda danışan aşıq çəkilişlər zamanı çətinliklərlə üzləşdiyini deyib: “Çəkilişlər Fatmayı bağlarında və Xızıda baş tutub. Kadrları isti havada lentə aldıq. İsti işimizə çətinlik yaratsa da, yorulmadan çəkilişləri davam etdirdik. Klipi çox bəyəndim. Düşünürəm ki, heç bir aşığın belə müasir klipi olmayıb. Bəlkə də, kimlərsə məni tənqid edəcək. Bunlara hazıram. Fərqlilik heç zaman birmənalı qarşılanmayıb. Əsas odur ki, iş ürəyimcə oldu”.

Qeyd edək ki, “Məsti-xumar”a çəkilən ekran işi aşığın sayca 5-ci klipidir.


Müəllif:

Oxşar xəbərlər