Müğənni Sevda Yahyayeva məşhur futbolçu Ruslan Abışovla yeni layihəyə imza atıb.
Bu haqda musavat.com saytına müğənninin prodüseri Pərviz Əsgərov məlumat verib: “Yeni mövsümün ilk həftəsində Sevda Yahyayeva ilə futbolçu Ruslan Abışovun yeni layihəsi təqdim olunacaq. Belə bir layihə ilk dəfə həyata keçirilir. Onların ilk işi Türkiyədə hazırlanmışdı. Bu dəfə isə layihə rəhbəri özüməm. Klipə böyük təqdimat keçirəcəyik. Mərasimdə məşhur futbolçular, legionerlər, jurnalistlər və şou-biznes nümayəndələri iştirak edəcək. Klip haqda geniş məlumat verə bilmərəm. Qonaqlar hər şeyin təqdimat mərasimində şahidi olacaq. Hər ikisi öz sahəsində sözünü deyib. Ona görə əla iş ərsəyə gətirildi. Ruslanın boş vaxtı olan kimi təqdimat gününü təyin edəcəyik”.
Qeyd edək ki, cütlük ilk dəfə 5 il öncə “Gecdir daha” mahnısının klipində rol almışdı.