Yaradıcılığı ilə yanaşı şəxsi həyatı ilə gündəmdə olan Səidə Dadaşova Teleqraf.com-a müsahibə verib.
-Səidə xanım, ailəniz, övladınız var. Amma mətbuatda sürücünüzdən qeyri-rəsmi övlad dünyaya gətirdiyiniz haqqında xəbərlər yayılmışdı. Evliliyinizə yenə şübhə ilə yanaşanlar varmı?
-Xoşbəxtəm və nümunəvi ailəm var. Ailə qurmağıma şübhə ilə yanaşanlar getsinlər öz dəftərlərinə baxsınlar, ondan sonra məndən danışsınlar. Bir məndən danışanda, yüz özlərindən danışsınlar. Mən Səidə Dadaşovayam, hər zaman öndə gedirəm deyə gözləri götürmür. Soyadımın brenddir. Ona görə də familiyamı ağızlarına gətirmək onlara şərəfdir. Amma mən də onlara istədikləri şəraiti yaratmıram.
-Brilliant Dadaşova ilə küsülü idiniz. Küsülülük bitib?
-Münasibətimiz superdir, Brilliant xanım həm xalamdır, həm də canımdır.
-Son günlər yaradıcılığınızdan çox şəxsi həyatınıza vaxt ayırmısınız. Konsert verməyi, sənətinizə zaman ayırmağı düşünmürsünüzmü?
-Yalandan deyə bilmərəm ki, konsert verəcəm. Çünki hazırda yalnız uşaqımla məşğulam. İllərlə konsert verməyən sənətkarlarımız var ki, unudulmurlar. Yəni hələ konsert verməyin vaxtı deyil. İnşallah, oğlum müəyyən yaşa çatsın, sonra konsert haqda düşünəcəm. Yəni sənətkar üçün iş görmək gec deyil. Xüsusən də Dadaşovlar üçün heç nə gec deyil.
-Bəs, qorxmursunuz ki, unudularsız?
-Xeyr, qorxmuram. Kimin üçün maraqsızam və onlar üçün də unudulmuşamsa, mənim problemim yoxdur. Azərbaycan xalqının gözü tərəzidir. Hazırda bir çox insanların toy məclislərində iştirak edirəm. Deməli, unudulmuram. Hər zaman yaxşı insanların qəlbində yaşayıram. Həmişə demişəm ki, insanı 5 nəfər sevsin, amma o istək ürəkdən gəlsin. Sən yaxşı insansan deyib, getdikdən sonra ağzını büzməsin.
Sözün düzünü deyən və qırmızı insan olduğuma görə bir çoxları məni sevmir. Səmimi olduğuma görə bəzi insanlar hətta məndən qaçırlar. Çünki kinlli insan mənimlə yola gedə bilməz. Məni dostlarım yaxşı tanıyır. Heç kimdən qisas almıram. Xüsusilə, ana olduqdan sonra pis insanlara əhəmiyyət vermirəm. Yadıma da düşmür ki, kim haqqımda nələr danışdı?
Hamı deyirdi ki, sənin haqqında sosial şəbəkədə dəhşətli sözlər yazırlar. Sevmirsinizsə niyə istaqram səhivəmə daxil olursunuz? Sizlər marağımda olmadığınız üçün səhifənizə daxil olmuram. Mən susduqca bəzi insanlar daha çox yanırlar. Mən onlara cavab versəm, istədiklərinə nail olduqlarını düşünərlər. Axı, niyə düşmənimi sevindirim? Həmişə Allaha dua edirəm ki, düşmənimin övladı yoxdursa, övlad, evi yoxdursa, ev versin. Nəfsini məndən çəksin. Onlar hər zaman arxamda olacaqlar, önümdə yox.
-Sözləriniz şou-biznes nümayəndələrinə, yoxsa adi insanlara aiddir?
-Bu haqda heç nə demiyəcəm. Amma şou-biznes anlamı mənim üçün 50 faizdir. Sənətdəyəm, incəsənət sahəsindəyəm. Dadaşovların adı, sülaləsi bəllidir. Mən bacardığım qədər bu adı layiqincə davam etdirməyə çalışıram. Dadaşovlar dedikdə, Məlik Dadaşov, Qızxanım Dadaşova, Brilliant Dadaşova , Rəfael Dadaşov və cavan nəsil gəlir. Hələ ki gənclərdən yalnız mən incəsənət sahəsində fəaliyyət göstərirəm. Səidə Dadaşova çoxlarını yandırır. Onları öpürəm ki, mənə stimul verirlər, yaşadırlar, günü-gündən cavanlaşdırırlar.
Mən pis insan olsam, 37 yaşımda, heç kim deməz ki, günü-gündən qəşəngələşirsən, təravətlənirsən. Mən kök xanımam. Sibel Can da kök xanımdır. Amma necə gözəl xanımdır... Yəni kök olduğuma görə kompleksim yoxdur. Xoşbəxtəm, oğlum, Allahım, təmiz adım var. Heç kimlə də işim yoxdur. Haqqımda danışanlar da danışsınlar, məni yaşatsınlar…
Rəqsanə