Türkiyənin tanınmış aktrisası Hülya Avşar şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Hülya Avşar 5 illik tənhalığının səbəbini açıqlayıb: “Beş ildir həyatımda heç kim yoxdur. Özümə söz vermişım, Zəhra mənə “Ana, həyat yoldaşı tap” deyənə qədər belə olacaq. Çünki onu incitmək istəmirdim.
Birini sevdiyim, amma “Olmaz, Hülya” deyib, qərarımdan vaz keçdiyim anlar olub. Peşman deyiləm. Zəhra anasının yanında başqa bir kişinin olmasını istəməzdi. Özümü hazırda bir sevgi yaşamağa hazır hiss edirəm. Nəfsimə hakim kəsilməyi bacardım. Bir gün yenidən aşiq olacam.
Aşıq olub, arada bir ayrılmaq yaxşıdır. Kimsənin kimsəyə sahiblənmədiyi, fərqli bir sevgi yaşamaq istəyirəm".
Rəqsanə