Əməkdar artist Baloğlan Əşrəfovla Sumqayıtda yaşayan şair Süleyman Hüseynov arasında qalmaqal yaşanır. Buna səbəb şairin Baloğlan Əşrəfov haqqında sosial şəbəkədə yazdığı status olub.
Süleyman Hüseynov sosial şəbəkədə “Baloğlan haqqında yazdığım "üzrxahlıq etdi" sözlərim onun xoşuna gəlməyib, guya onu düz başa düşməmişəm. O, haqqında yazdığım statusunu dəyişməyimi xahiş etdi. Və eləcə də özü və yaxın adamı Şərafəddin İlkin məni hədələyib, təhqir və təhdid etməyə başladılar” deyə qeyd edib.
Əməkdar artist Baloğlan Əşrəfov Teleqraf.com vasitəsilə məsələyə münasibət bildirib: “Şair ilə aramızda anlaşılmazlıq olub. Bir-birimizi başa düşməmişik. Arada söz-sözhbətə reaksiya verən insanların yerinə əzab çəkirəm ki, işin mahiyyətinin bilmədən müdaxilə etdilər və sosial şəbəkədə mənasız şərhlər yazdılar. Yalnız ondan narahatam. Amma digər hadislər qaydasındadır. Bir-iki günə şairlə birlikdə şəkilimiz yayımlanacaq. Özümüz öz işimizi sahamana qoyduq. Bizim münasibətimiz qaydasındadır və heç kimi tənqid etməmişik”.
Rəqsanə