6 Sentyabr 2016 19:52
784

“Kurtlar Vadisi Pusu” serialı yeni sezonda “Kanal D” kanalında yayımına davam edəcək.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, türk televiziya tarixinin uzunömürlü serialı kimi tanınan “Kurtlar Vadisi Pusu” “Kanal D”də tamaşaçıların görüşünə gələcək. Serialın baş rollarını Necati Şaşmaz, Defne Samyeli, Cahit Kayaoğlu, Erhan Ufak kimi tanınmış aktyorlar canlandırır.

Keçən sezon “Pana Film” serialın “Kanal D”də yayımlanmayacağını bildirmişdi.

Rəqsanə


Müəllif: