“19 il kadr arxasında olsam da, sizin sevginiz bu gün kadrın mərkəzindədir!”
Teleqraf.com xəbər verir ki, bu sözləri xərçəngə tutulan rejissor Şahin Zəkizadə instaqram hesabında yazıb.
Rejissor ona dəstək olan hər kəsə belə təşəkkür edib: “Salam dostlar! Bu sənəti seçdim. Rejissor sənətini. Daim kadr arxasında qalmağı seçdim. Bu sənət mənə həyat məktəbi keçdi və çoxlu dost bağışladı. Sənətçi dostlarım, təşəkkür edirəm sizə, mənə dəstək olduğunuz üçün! Heç vaxt üzünü görmədiyim sosial şəbəkə dostlarım, çox sağ olun! Hər kəsə təşəkkür edirəm!
Kim məni unutmayıb və duaları ilə yanımdadı, Allah min əvəzini versin! 19 il kadr arxasında olsam da, sizin sevginiz bu gün kadrın mərkəzindədir. Təşəkkür edirəm!”
Pərvin