"Buffy The Vampire Slayer" serialı ilə tanınan aktyor Tom Lenk diqqəti öz üzərinə çəkməyin fərqli bir yolunu tapıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, aktyor məşhurların geyimlərini təqlid edərək, çəkdirdiyi əyləncəli fotoları sosial şəbəkələrdə paylaşır.
Məşhurların müxtəlif film təqdimatları, mükafat mərasimləri, ziyafət günlərində geyindikləri bahalı geyimlər Tom Lenkə çox ucuz qiymətə başa gəlir. Belə ki, aktyor həmin geyim və saç düzümlərini əlinə keçən ən adi ev əşyalardan hazırlayır.
Pərvin