Tanınmış rus bəstəkarı Sergey Kastorski 68 yaşında Sankt-Peterburqda vəfat edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə “Ria-Novosti”yə bəstəkarın yaxınları məlumat veriblər.
S.Kastorskinin ən məşhur işlərindən biri Filipp Kirkorovun repertuarında yer alan “Zayka moya” kompozisiyası olub. Bundan əlavə, bəstəkar İosif Kobzon, Edit Pyexa, Alla Puqaçeva, Larisa Dolina, Mixail Boyarski və digər sənətçilərlə əməkdaşlıq edib.
Musiqiçi Riqada doğulub, ancaq Sankt-Peterburqda yaşayıb və işləyib. 1970-ci illərdə o öz əsərlərini “Sergey Oqarkov” psevdonimi ilə yaradıb. Peşəkar yaradıcılığı dövründə S.Kastorski 500-dən çox mahnı yazıb, onların bir çoxu hitə çevrilib.
S.Kastorski Rusiyanın əməkdar incəsənət xadimi idi.
Səxavət