“Kıbrıs Elexus Hotel”də səhnəyə çıxan müğənni Hadisə "O Səs Türkiyə" yarışmasından ayrılan həmkarı Ebru Gündeş haqqında danışıb.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, həmkarının yarışmadan ayrılmasına kədərləndiyini açıqlayıb: “Ebrunun getməsini gözləmirdik, çox pis olduq. 3 il birlikdə gözəl anlarımız olub. Ebrunun yerinə Sibel Can gəldi. Onun gəlməsi ilə inanılmaz yeni mövsümə başlayacağıq. Bu il də mən deyil, Sibel Can qalib gələrsə, çox pis olar”.
İfaçı hər zamankı kimi səhnədə göstərdiyi şou ilə konsertinə damğa vurub.
Rəqsanə