Məşhur müğənni Demət Akalın musiqi karyerasının 20-ci ilini yeni albomla qeyd edəcək.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Demət Akalın türk jurnalına müsahibəsində məşhurluğun onu dəyişmədiyini etiraf edib: “20 il əvvəl necə idimsə, indi də eləyəm. Sadəcə, indi bir az inadkaram. Amma ana olduqdan sonra inadkarlığıma qalib gəldim”.
Demət Akalın noyabrın 19-da konsert verəcəyini də açıqlayıb: “Noyabrın 19-da Bostançı Şou Mərkəzində konsertimiz olacaq. Yüksək miqdarda büdcə ayırdıq, inanılmaz şou olacaq".
Rəqsanə