16 Sentyabr 2016 17:38
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Röya Ayxanın türk mediasında daha bir müsahibəsi yayımlanıb.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan karyerasından danışıb: “Hər günə fərqli xəyal yaratmalıyıq! Karyeram üçün risk etmək məcburiyyətindəyəm. Azərbaycanda edilə biləcək işləri gördükdən sonra özünü inkişaf etdirmək üçün heç nə qalmır. Hər yeni günə yeni xəyallarla oyanmaq lazımdır”.

Röya Ayxan Türkiyə şou-biznesinin tanınmış müğənniləri Gülşən və Hande Yeneri xarakterizə edib: “Gülşənin böyük istedadı var. Hit mahnılar yazır. Hande isə möhtəşəm bir analitikdir. Çox güclü səsi var. Ağıllıdır. Səsinə uyğun mahnı seçir və oxuyur”.

Rəqsanə


Müəllif: