Müğənni Rəqsanə İsmayılova avtoritet Rövşən Lənkəranskinin ölümündən üzüldüyünü bildirib.
Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova sosial şəbəkədə Rövşən Lənkəranskinin Azərbaycanın fəxr edilən oğlu olduğunu yazıb: “İnsan həyata bir dəfə gəlir, amma hər insana, hər kişiyə kişi kimi doğulub ölmək nəsib olmur. Yaddaşlarda hər zaman yaşayacaqsan. Sənin kimi kişilər dünyaya bir dəfə gəlir. Rövşən, sənin kimi kişilər dünyaya çox az gəlir, millətini, xalqını sevən, qeydinə qalan, dəstək olan, arxa çıxan. Bir aydır ki, Rövşən haqq dünyasındadır. Heyif səndən!
Azərbaycandan kənarda adın çəkiləndə insan fəxr edirdi, qürurlanırdı. Allahım səni bizlərə çox gördü. Allah ailənə, balalarına səbr versin”.
Rəqsanə