22 Sentyabr 2016 13:10
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vikipediyada əməkdar rəssam Mehriban Əfəndi barədə səhv məlumatlar yerləşdirilib.

Bu haqda Teleqraf.com-a açıqlamasında tanınmış rəssam özü deyib.

Onun sözlərinə görə, hər kəsin oxuduğu ümumdünya məlumat bazası olan vikipediyada doğum tarixi yanlış yazılıb: “Orada məlumatın kimlər tərəfindən yerləşdirildiyini bilmirəm. Amma şükürlər olsun ki, indiyə qədər orda yer alan səhv doğum tarixim silindi. İndi qalıb 107 film siyahısını silmək. Bəzi internet saytlarının moderatorları səhvən mənim adımı işləmədiyim filmlərə qeyd ediblər. Axı bu yoxlanılmamış informasiyanı niyə yazırlar? Onlar öz səhifələrini tezbazar hazırlamaqla səhv iş görürlər”.

Nərmin


Müəllif: