Rza Zerrab vəkillərinin vasitəsi ilə Ebru Gündeşdən boşanacağını açıqladıqdan sonra cütlüyün mal-mülkünü necə bölüşdürəcəkləri maraq mövzusu olub.
Axar.az xəbər verir ki, 2010-cu ilin 1 fevralında evlənən cütlük evlilik razılaşması imzalayıb. Razılaşmaya əsasən, boşanma halında heç bir mal-mülk bölgüsü olmayacaq.
Gündeş məhkəmədə özü və qızı üçün heç nə tələb etməyəcək.
2010-cu ildə cütlüyün “evlilik razılaşması” imzaladığı ilə bağlı məlumatlar yayılsa da, hər iki tərəf bu məlumatı inkar etmişdi.
Rza Zerrab martın 19-u arvadı və qızı ilə tətil üçün Mayamiyə getdiyi zaman həbs edilib. Deyilənlərə görə, Ebru boşanmağı uzun müddətdir istəsə də, Rza razı olmayıb. “60 il heç ayrılmayacayıq” deyən, bağ evlərinin qapısından avtomobillərinin nömrəsinə qədər hər yerə “60 il” yazdıran Gündeş və Zerrabın evliliyi 6 il davam edib.