Sentyabrda evlənəcəyi planlaşdırılan əməkdar artist Naibə Allahverdiyeva toyun təxirə düşməsinin səbəbini açıqlayıb.
Naibə Allahverdiyeva Teleqraf.com-a açıqlamasında oktyabrda evlənəcəyini deyib: “Müəyyən səbəblərdən nikahımızı oktyabra kimi təxirə saldıq. Bu, mənim özəl həyatımdır. Gələcək həyat yoldaşımın mətbuatda fotosunun yayılmasını belə istəmirəm. Bunun müəyyən səbəbləri var. Nikahımız olanda xəbər edəcəm”.
Rəqsanə