28 Sentyabr 2016 18:11
1 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mətbuatda xalq artisti Gülyaz Məmmədovanın yol hərəkəti qaydasını pozması ilə bağlı video yayılıb.

Bu barədə Milli.az-a danışan xalq artisti yayılan videonun əsassız olduğunu bildirib: "Bu, yol hərəkəti qaydasını pozmaq deyil. Orada heç asfaltın üstündə zolaq da yox idi. Sadəcə, kimsə məni izləyib, videonu çəkib. Tam ixtiyarla məni izlədiyinə görə həmin şəxsi məhkəməyə verə bilərəm. Uzun illərdir avtomobil idarə edirəm və nadir hallarda, harasa gecikəndə qayda pozmuşam. Sağ olsun, polislərimiz, çox böyük hörmət edib, buraxıblar. Mən xalqımızı da sevirəm, onun qanunlarını da. Bu cür yayılan xəbərlər əsassızdır və insanları bu tip xəbərlərə inanmamağa səsləyirəm".


Müəllif:

Oxşar xəbərlər