ATV-nin aparıcısı Zaur Baxşəliyevin həyətini su basıb.
Teleqraf.com xəbər verir ki, aparıcı yaşadığı küçənin vidosunu izləyiciləri ilə bölüşüb. O, dünənki yağışdan sonra məhlələrinin və həyətinin bu hala qaldığını yazıb: “Dünənki yağışdan sonra bizim məhləmiz. Artıq neçə illərdir ki, bu vəziyyətdəyik. Dəfələrlə qonşular, hamımız yığışıb əlimizdən gələni etsək də, vəziyyət yenə olduğu kimi qalır. Məncə, buna bir əncam çəkməyin vaxtıdır”.