İbrahim Tatlısəs hazırda həbsdə olan iş adamı Rza Zərraba dəstək verib.
Axar.az xəbər verir ki, İbrahim Tatlısəs rəsmi Tvitter hesabından yazdığı status ilə Rza Zərrabın günahsız yerə həbs olunduğunu iddia edib: “Mən sizə nə zaman yalan dedim ki, indi də deyim? Mən sizdən həmişə doğrunu öyrəndim, ona görə də başım getsə də, yalan demərəm! 17-25 dekabrda Rza qardaşıma oğru damğası vurdular.
Mənsə “o oğrudursa, mən də oğruyam”, - dedim. 17-25 dekabr hadisələri indi bir-bir həll edilir. Deməli, sizin İbonuz sizlərə doğru söyləyirmiş. İndi Rza yenə Amerikada günahsız yerə həbs olunub. Yenə də deyirəm: İlahi ədalət əvvəl-axır yerini tapacaq! Mən Allahın bir olduğuna necə inanıramsa, buna da elə inanıram. Allah böyükdür!”