Hollivudun boşanma ərəfəsində olan məşhur cütlüyü Ancelina Coli və Bred Pit prosesin əvvəlində artıq ilkin razılığı əldə ediblər.
Teleqraf.com xəbər verir ki, birinci məhkəmədən sonra aktrisa 6 uşağının tam himayədarlığını qazanıb. Cütlük bu barədə razılaşıblar və uşaqların hamısı Colidə qalacaq. Ancelinanın birinci şərtinin uşaqlar olması B.Pit haqda çıxan xəbərləri təsdiqləyib.
Belə ki, A.Colinin boşanma istəyinin ərinin uşaqlara qarşı kobud davranışı, bir müddət əvvəl 15 yaşlı Meddoksa qışqırması və ona əl qaldırmasından qaynaqlandığı məlum olub.
Tərəflər arasında razılaşmanın şərtləri isə belə olub. Birinci, Bred uşaqları ziyarət edə biləcək. İlk ziyarət mütəxəssis rəyindən sonra olmalıdır. Aktyorun övladlarına qarşı zorakılığı sübut olunsa, bu görüş baş tutmaya bilər.
İkincisi, B.Pit tez-tez alkoqol və qadağan olunmuş preperatlardan istifadəsinə dair analiz verməldir. Məlumatlara görə, aktyorun ilk testinin nəticələri mənfi çıxıb.
Üçüncüsü, hər iki valideyn fərdi formada psixoloq yanına, daha sonra isə uşaqlarla birgə ailəvi konsultasiyaya getməlidirlər.