3 Oktyabr 2016 16:30
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış aparıcı Kamilə Babayeva ilə müsahibəni təqdim edir:

- Kamilə xanım, bir müddət əvvəl ATV-dəki fəaliyyətinizə son qoymağınızla bağlı xəbərlər yayıldı. “Xəzər”ə keçəcəyinizi yazırdılar. Amma bugünlərdə “V element”in anonsu yayıldı…

- Doğru xəbər deyildi. İnşallah, “V element”lə televiziyada fəaliyyətimi davam etdirəcəm.

- Tərəf müqabiliniz Rüfət Ağayev Amerikaya köçdü, onun yerinə isə Fariz İlyasov gəldi.

- Bəli, ona da, bizə də uğurlar. Bizim həyatımız burada, Rüfətin həyatı Amerikada davam edir.

- “Xəzər”də yayımlanan “Aramızda qalsın” serialından başqa serialda görmədik. Yeni sezonda da görməyəcəyik?

- Film və seriallarda görməsəniz, yaxşıdır. Hazırda o barədə düşünmürəm. Planlarımda həyatımla bağlı yeniliklərdir.

- Qızınızın sosial şəbəkədə şəklini paylaşanda üzünü göstərmirsiniz. Səbəb?

- Ona hər insan bir don geyindirə bilər. Amma qızım körpədir və uşaqlıq həyatını yaşayır. Uşaqlığını yaxşı yaşamalıdır. Ona görə də xəbəri olmadan şəkillərini paylaşmaq istəmirəm. Bəlkə gələcəkdə şəkillərinin sosial şəbəkədə olmasını istəməyəcək. Sabah ona görə danlana, qınaq obyektinə çevrilə bilərəm. Qızımın heç qulağını da deşdirməmişik. Çünki düşünürük ki, bir ildən sonra üç yaşı tamam olacaq və o zaman qulaqlarının deşdirmək məsələsinə özü qərar verəcək.

- Qızınızın tərbiyəsinə müstəqil yanaşmanız ərköyün olmasına səbəb olmur?

- Ərköyünlük yaxşı xüsusiyyət deyil. Sabah valideyn olmaya bilər. Amma fikirlərinə, hərəkətlərinə hörmətlə yanaşmağa çalışırıq.

- İş adamı İbrahim Rzabəyovla evlisiniz. Tanınmış insan olmağınıza baxmayaraq, həyat yoldaşınızı mətbuatdan uzaq tutursunuz…

- Bəli, bunun səbəbi ailəmin özüdür. Ailə ailə, iş işdir. Həyat yoldaşım bu sahədən uzaq olduğuna görə mətbuatda, sosial şəbəkədə və mediada görünmək istəmir. Mən də onun seçimlərinə hörmətlə yanaşıram.

İnanın ki, həyat yoldaşım mənə hansısa çərçivə qoymayıb. Amma insan bir balaca da olsa çərçivədə olmalıdır. Müəyyən yaşdan və həyatı anladıqdan sonra özün üçün çərçivə müəyyən edirsən. Sənə kiminsə çərçivə qoymasına ehtiyac qalmır. Çünki özün-özünə hörmət edirsən. Bilirsən ki, müəyyən şəraitdə hansı xoşgəlməz hadisələrlə qarşılaşa bilirsən.

- İkinci dəfə ana olmağı düşünürsünüzmü?

- Ana olmaq Allahın istəyi və təqdiridir.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər