8 Oktyabr 2016 20:12
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kiralık aşk” serialında yaratdığı Ömər obrazıyla sevilən, tanınan və geniş fanat kütləsinə malik olan Barış Arduçun aktrisa sevgilisi Gupse Özay maraqlı açıqlamalar verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda ssenaristi olduğu və baş rolu oynadığı “Görümce” filmi üçün gərgin rejimlə çalışan aktrisa, Barışın fanatları tərəfindən qəbul edilmədiyini etiraf edib:

“Barışın fanatları məni çox qəbul edə bilmirlər. Amma məncə, bu, normal haldır. Mən də uşaqkən Loenardo Di Kaprioya aşiq idim. Hətta ona məktublar belə yazırdım. Ona görə bu vəziyyəti çox yaxşı başa düşürəm”.

Barış Arduç qardaşının toyuna Gupseylə birlikdə qatılmışdı. Toydan sonra mətbuatda cütlüyün tezliklə ailə quracağı barədə xəbərlər yayıldı. Gupse isə öz növbəsində hələlik belə bir niyyətlərinin olmadığını deyib: "İnanın toyda bəy-gəlinə həsəd aparmadım. Çünki mən toyda 1500 adamı öpə bilmərəm. Bu çox yorucu olar. Ona görə indiki halda elə bir niyyətim yoxdur”.

Pərvin


Müəllif: