Azərbaycan model Günay Musayevanın keçmiş əri Tolqa Karelin Bəylərbəyindəki lüks evinin başqalarına satılmasına qadağa qoyulub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Musayeva ilə Karelin arası heç cür düzəlmir. Belə ki, Günay Musayeva Karelin təzminat haqqının 500 liradan 5 min liraya qədər yüksəlməsini tələb edib. Günayın vəkili “Karel lüks işində yaşayır, amma övladı üçün 500 lira ödəyir. Bu vicdana tərsdir. Ona görə də danışmaz əmlaklarıyla bağlı tədbir görülməlidir”.
Beləliklə, məhkəmə Karelin Bəylərbəyindəki lüks evinin başqalarına satılmasına qadağa qoyub.
Pərvin