Türkiyəli müğənni Fərhad Göçər sevgilisi Ömür Gediklə birlikdə Bakıya gəlib.
Teleqraf.com-un xəbərinə görə, cütlük İçərişəhərdə olub, milli yeməklərimizdən yeyib. Onlar birlikdə çəkdirdikləri fotoları və videonu izləyiciləri ilə bölüşüblər.
Göçər “Xəzər maqazin”ə açıqlama verərək, Bakı haqqında təəssüratlarını bölüşüb:
“Ömür həyatımın eşqidir. İmkan olduqca birlikdə səyahət edirik. Bakı çox gözəlləşib, müasir bir görünüşə sahib olub. Binalar, yollar, Bayraq meydanı, muzeylər gözəldir. Bu dəfə Bakıda çox qaldım, istədiyim qədər gəzdim”.