12 Oktyabr 2016 14:51
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan Dövlət Teatrının aktyoru 37 yaşlı Məmməd Zeynalov insult keçirib.

Teleqraf.com modern.az-a istinadən məlumatına görə, aktyor hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Aktyorun dəvət aldığı serial çəkilişinə gedərkən qəfildən təzyiqinin qalxdığı və ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı deyilir.

Həkimlər bildirib ki, aktyorun həyati təhlükəsi var. Ailə üzvlərinin müalicə üçün yetərli vəsaiti olmadığı da qeyd edilir.

Qeyd edək ki, M.Zeynalov Azərbaycanın xalq artisti mərhum Eldəniz Zeynalovun oğludur, ailəlidir.


Müəllif:

Oxşar xəbərlər