Aparıcı Afaq Gəncəli müğənnilərdən şikayətlənib.
Teleqraf.com xəbər verir ki, Afaq Gəncəli “Nəsib olsa” verilişində qonaq olarkən ifaçılar haqqında maraqlı açıqlama verib: “Artıq soyunan soyunub, geyinən geyinib, göstərilən göstərilib. Düşünürlər ki, sən demə, sənət göstərmək lazımdır. Amma ortada bir şey yoxdur. Sənəti də biabırçı vəziyyətdə təqdim etməkdənsə, göstərməməyi düşünürlər. Axı nə qədər Aygün Kazımova, Röya Ayxan, Abbas Bağırov, Zamiq Hüseynovu göstərmək olar? Aparıcı kimi yeni simalarla işləmək istəyirəm. Hazırda bir çox müğənnilər də əlçatan olub. Sadəliyi sosial şəbəkədə tamaşaçı ilə təmasda olmaqda görürlərsə, bu, onlara nə reytinq verir, nə də gündəmdə olmağın göstəricisidir”.
Rəqsanə