“Sivas” filminin Venesiya Film Festivalında uğurla nümayişindən sonra diqqətləri özünə çəkən rejissor, ssenarist Kaan Müjdəçi maraqlı addım atıb.
Teleqraf.com xəbər verir ki, Antalya Film Festivalı çərçivəsində təşkil olunan Foruma qatılan rejissor geyimi ilə hər kəsi təəccübləndirib. Belə ki, Müjdəçi hamam geyimində səhnəyə çıxıb, təcrübələrini iştirakçılarla bölüşüb.
O qeyd edib ki, filmin montaj prosesində min bir əziyyətlə başa gələn səhnəni kənara ata bilərsiniz. Montaj stolunda oturarkən bütün duyğusal hisslərdən qurtulmaq lazımdır”.
Pərvin