Müğənni Sevil və Sevinc bacılarına qarşı dələduzluq ediblər.
Teleqraf.com xəbər verir ki, ayaqqabı mağazası sahibi olan əkizlərin adına saxta profil açılıb: “Heç bir yazıya inanmayın. Bizim şəxsi hesabımız budur, @ss_footwearve @ss_nailss. Yeni nəsə olsa, biz xeber edəcəyik. Öz adımıza iki məkanımız var. “Ss-modelfashion” səhifəsini adımızdan kimin açdığını bilmirəm. Amma bu insan cavabsız qalmayacaq. Çünki biz bu adı potentləşdirmişik ki, heç kəs cürət edib, adımızdan istifadə etməsin”.
Rəqsanə