1 Noyabr 2016 15:10
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur müğənni Adel üç yaşlı oğlu Angelonun atası Simon Konecki ilə evlənməyə qərar verib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, cütlüyə yaxın mənbədən deyilənə görə, Adel yaxın günlərdə nikah masasına əyləşəcək: “Evlənmək üçün doğru zamanın indi olduğunu düşündülər. Böyük bir gecə etməyəcəklər. Adelin barmağında da heç zaman böyük bir brilyant üzük görməyəcəksiniz”.

Albom satışından yüksək gəlir əldə edən 28 yaşlı müğənni yardım təşkilatının sədri Simon Konecki ilə beş ildir birlikdədir.

Rəqsanə


Müəllif: