12 Noyabr 2016 00:52
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində "Gizlənpaç" romantik kimediya filminin qala gecəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, filmin baş rol oyunçusu aktyor Müşfiq Şahverdiyev çəkilişlər zamanı problem yaşadıqlarını deyib:

"Neçə gün idi ki, həyəcan vardı. Artıq texniki və başqa problemləri geridə qoyduq. Ekran əsəri yayda 40 dərəcə temperaturda çəkilib. İşimizə yaxşı və pis deyənlər olacaq. Pis deyənlər özlərinə baxsınlar ki, neynəyib, sonra kiminsə işinə pis desinlər. Ümumiyyətlə, bu sektorda hamı əziyyət çəkir. Kiminsə işi uğursuz ola bilər. Bu sahədə özünü tapmayanlar başqa sahədə uğur qazanarlar. Bizim 2014-cü ildən çox uğurlu filmlərimiz olub; "My name is İntiqam", "Xoxan", "Bozbash pictures". Baxış sayına görə liderik. Kommersiya filmlərimizin baxış sayı 100 mini keçib".

Filmdə kloun obrazını canlandıran aktyor İlkin Misgərli obrazının həyatına uyğun olduğunu dilə gətirib: "Filmdəki əziyyəti mən bilirəm. Yeddi il kloun olmuşam və eləcə də kirayədə yaşamışam. O dövrdə oğlanlara kirayə ev vermirdilər. Filmdəki hadisələr demək olar ki, mənim həyatım idi".

Təqdimat zamanı diqqət çəkən hallardan biri Müşfiq Şahverdiyevin çox izlənilən filmlərin adını çəkərkən Fərda Xudaverdiyevin baş rolunu canlandırdığı "Yumurta" filminin qeyd etməməsi olub. Müşfiq "Yumurta" filmini xatırladan həmkarına belə cavab verib: "Fərda, sizin "Stand-up"larınızla böyümüşəm. "Yumurta"nı dərd eləmə".

Filmə İlkin Misgərli, Zarina Qurbanova, Səməd Səfiyarov və s. digər aktyorlar çəkilib. Ekran əsərinin ideya və ssenari müəllifi Fariz Əliyevdir.

Rəqsanə


Müəllif: