14 Noyabr 2016 08:05
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

"O səs Türkiyə"də daha bir azərbaycanlı uğurlu çıxış edib.

Teleqraf.com axşam.az-a istinadən bildirir ki, Leyla Əliyeva adlı həmyerlimiz Uitni Hyustonun "İ will always love you" mahnısını oxuyub.

Leylanın ifasına Sibel Can və Hadisə dönüb. O, Hadisəni seçərək onun komandasına daxil olub.

Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan yarışmanın digər münsifləri Murad Boz və Gökhan-Hakan Özoğuz qardaşlarıdır.


Müəllif:

Oxşar xəbərlər