14 Noyabr 2016 13:11
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşıq Samirə iki sənət dostunu barışdırmaq istəməyinə peşman olub.

Teleqraf.com xəbər verir ki, Aşıq Samirə “10-dan sonra” verilişində rəqqasələr Fatimə Fəətliyeva və Oksana Rəsulovanı barışdırmaq istəyərkən özü problem yaşadığını deyib: “Fatimə ilə Oksana bir-biri ilə danışmırdılar. Biriylə yaxın olub, instaqramda şəkil paylaşan zaman digər tərəfdən zəng gəlir ki, yaman mehribansınız. Bir dəfə mənə dedilər ki, Oksana səndən küsüb. Səbəb Fatimə ilə yaxın olmağım olub. Onları barışdırmaq istədim, amma gördüm problemləri böyükdür. Çoxdandır Oksana ilə üz-üzə gəlməmişik. Bu, mənim ilk və sonuncu addımım oldu”.

Oksana Rəsulova isə bu məsələyə münasibət bildirmək istəməyib.

Oksana Rəsulova bir müddət əvvəl mətbuata açıqlamasında Aşıq Samirə haqqında sərt sözlər demişdi.

Rəqsanə


Müəllif: