Məşhur müğənni Gökhan Özen 6 illik həyat yoldaşı Selen Sevigendən boşanıb.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Gökhan Özen həyat yoldaşı Selen Sevigendən qarşılıqlı anlaşma şəklidə ayrıldığını deyib.
Gökhan Özenlə Selen Sevigen boşandıqları haqqında mətbuat nümayəndələrinə yazılı məktub ünvanlayıblar: “Hörmətli mətbuat nümayəndələri, kədərlənərək bildiririk ki, evliliyimizə qarşılıqlı şəkildə son verdik.
Müqəddəs bildiyimiz və göz qarşısında yaşamağı üstün tutmadığımız ailə həyatımıza və həyatımızın məhrəmiyətinə bu günə qədər və bundan sonra da hörmət edən mətbuat nümayəndələrinə təşəkkür edirik.
Hörmətlə…”
Cütlüyün bir qızı var.
Rəqsanə