Ancelina Colinin keçmiş əri Billi Bob Tornton "Playboy" jurnalına maraqlı açıqlamalar verib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 1996-cı ildə iki "Oskar" alan "Farqo" filmi ilə tanınan Billi Colinin boşanmaq üçün məhkəməyə verdiyi Bred Pitə təklif göndərib.
61 yaşlı aktyor "İnsanlara təəccüblü gələ bilər, amma Bred Pitlə bir filmə çəkilməyi çox istəyirəm. Məncə mükəmməl birlik alınar" deyib.
O, keçmiş arvadı, aktrisa A.Coli haqda da danışaraq onun üçün yaxşı ər olmadığını etiraf edib.
Xatırladaq ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Bu ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib.