23 Noyabr 2016 12:34
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleaparıcı Aytən Səfərova məktəb dərsliklərindən şikayət edib.

Teleqraf.com xəbər verir ki, Aytən Səfərova sosial şəbəkədə yazıb: “Azərbaycan məktəblərində, Azərbaycanın təhsil proqramında ən lazımsız dərs informatika dərsidir. Kitabda yazılanları uşaqların özləri müəlliflərdən daha yaxşı bilirlər.

Bütün dünya uşaqlarının planşetlərdən və mobil qurğulardan istifadə etdiyi və bu sahədən böyüklərdən də yaxşı baş çıxardığı bir dövrdə, "mışka", Windows” proqramında direktoriyalar açmaq, fayl yaratmaq kimi bəsit (və artıq 1-2 ildən sonra lazım olmayacaq) informasiyalarla uşaqların beynini yükləmək, zənnimcə, qəddarlıqdır. Daha ağıllı bir şey fikirləşin! Çıxın kabinetlərinizdən. Başla və gələcək nəslimizlə dost olmağın vaxtıdır. Uşaqları balaca vaxtından iyrəndirməyin”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər