30 Noyabr 2016 15:12
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə analiz üçün Türkiyəyə gedəcək.

Şahin Zəkizadə Teleqraf.com-a açıqlamasında müalicəsinin birinci hissəsinin bitdiyini deyib: “Müalicəmin birinci hissəsində həkimlər istədiyi nəticəni əldə etdilər. İkinci hissə davam edir. Təbrizə və İstanbula gedəcəm. Köçürülmə ilə bağlı analizlər verəcəm. Həkimlərin tapşırığı ilə hər iki yerdə analiz verməliyəm. İnşallah, hər şey yaxşı olar”.

Rejissor xəstəliyindən xəbərsiz olan atasından da danışıb: “Atamı mənim xəstəliyimlə bağlı narahat edən insanlar çoxdur. O, onkoloji xəstəlikdən əziyyət çəkir. Ona görə də narahat olmasını istəmirəm”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər