Müğənni Gülben Ergen 3 övladı ilə birgə keçmiş əri, övladlarının atası Mustafa Erdoğanın evinə gedib.
Teleqraf.com axşam.az-a istinadən bildirir ki, bir axşam yeməyi üçün övladları ilə birgə Mustafanın evinə gedən Gülben orada çəkdirdiyi fotonu İnstaqram səhifəsində izləyiciləri ilə bölüşüb.
Şəklin altında ifaçı yazıb: "Ailə bütövlüyümüz uşaqlar üçün heç vaxt pozulmayıb, bundan sonra da pozulmayacaq". Fotodan bəlli olur ki, yemək zamanı Mustafanın ata və anası da onlarla bərabər olub.
Qeyd edək ki, cütlük 2004-cü ildə ailə qurub, 2012-ci ildə ayrılıblar. Onların üç oğul övladı var.
Daha sonra Gülben 2014-cü ildə teleaparıcı Erhan Çelik ilə evlənib və onlar ötən il boşanıblar. Boşanmağa səbəb kimi müğənninin keçmiş ərinə geri dönəcəyi göstərilirdi. Buna münasibət bildirən Erhan: "Hər şeyi zamanla görəcəyik", - demişdi.