11 Yanvar 2017 00:28
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk telekanalında yayımlanan "O ses Türkiyə" müsabiqəsindən uzaqlaşdırılan azərbaycanlı iştirakçı Zülfü Əsədzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

-"O ses Türkiyə" müsabiqədən kənarlaşdırıldıqdan sonra "Acun media" dan sizinlə əlaqə saxladılar?
- Xeyr, "O ses Türkiyə"dən kənarlaşdırıldıqdan sonra heç kim bizimlə əlaqə saxlamayıb. Amma bizə Azərbaycandan və türk qardaşlarımızdan böyük dəstək gəlir. Müsabiqədən çıxarılmağımıza görə pis olurlar. Biz öz istedadımıza inanırıq. Bunu münsiflərin bizə ilk turdan verdiyi vəddən də görmək olar. Biz uzaqlaşdırılmağımıza görə şok olduq. Bir-iki tur keçəcəyimizə inanırdıq. Ümidlərimiz böyük idi. Sadəcə yarı yolda qalmağımız bizə təsir etdi.

- "Acun media"dan dörd azərbaycanlının yarışmadan uzaqlaşdırılmasında qərəzin olmadığını, opera və qrup mahnısı ifa etdiyiniz üçün belə bir qərarın verildiyini bildiriblər. Bununla razısız?
- Təbii ki, razı deyiləm. Çünki mən və dostlarım ilk turda ifa etdiyimiz mahnını oxuduq. Opera oxunduğumuzu bilirdilər. Opera oxuduğumuz üçün müsabiqədən uzaqlaşdırılmağımız barədə deyilənləri qəbul etmirəm. Məncə bu səbəb deyil. Gökhan və Hakan qardaşlarının qrupunda dörd azərbaycanlı var idi, İlham, Gülşən, mən və Müşfiq. Bizi eyni gündə müsabiqədən kənarlaşdırdılar. Təbii ki, başa düşüləndir. "O ses Türkiyə" Türkiyədə keçirilir. Elnur Hüseynov müsabiqədə qalib olduqdan sonra ikinci dəfə azərbaycanlının qalib olmasını istəmirlər. Bu da başa düşüləndir. Sadəcə mediada bəzi şişirtmə xəbərlər oldu. Bizə qarşı tələ deyildi. Sadəcə bir gündə Hökhan və Hakan qardaşlarının qrupundan dörd azərbaycanlının getməsi bizi narahat etdi. Bizim hər birimizə dörd münsif dönmüşdü və böyük vədlər verilmişdi. Özümüzə güvənib yarışmaya qatılmışdıq.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər