16 Yanvar 2017 15:03
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdmançı Kamil Zeynallı ilə aparıcı Şəbnəm Həsənovanın arasındakı gərginlik sona çatıb.

Kamil Zeynallı instaqramda Şəbnəm Həsənovadan üzr istədiyini deyib: “Əsəbi olmuşam, söymüşəm. Cinsindən asılı olmayaraq kim məni sosial şəbəkədə pis mənada qınayarsa, ağzının payını verərəm. Dünən dediyim bir sözə görə üzr istədim. Şəbnəmin valideynlərinin rəhmətə getməsini bilməmişəm. Şəbnəm yaxşı xanımdır, amma əsəbdən baltanı kökündən vurmuşam. Səhər Şəbnəm xanımın özü mənə zəng etmişdi, səsindən hiss etdim ki, çox pis olub. Məsələyə aydınlıq gətirdik və rəhmətə getmiş valideynlərini təhqir etdiyim üçün üzr istədim. Məncə, özünü tanıyan insan mənim kimi edərdi. Allahdan başqa heç kimdən qorxmuram”.

Şəbnəm Həsənova Teleqraf.com-a açıqlamasında Kamil Zeynallınının barışıq addımını qəbul etdiyini deyib: “İnsan səhv edə bilər. Səhvini başa düşməsi üçün imkan yaratdım. Nəticədə məlum oldu ki, Kamilə haqqında başqa fikir bildiriblər. Guya mən onu təhqir etmişəm. Hadisə elə olmayıb. Kamil mənə zəng edib, mən ona zəng etdim və bir-birimizə baş düşdük.

Üzr istəyibsə, niyə də bağışlamayım? Məhkəməyə getməyə nə əsəbim, nə də vaxtım var. Bu məsələ qanuni şəkildə həll edilməli idi. Bu varianta keçmədən əvvəl üzr istəmək üçün şərait yaradıbsa, uzatmağın mənası yoxdur. Nə mənə, nə də Kamilə qalmaqal lazım deyil”.

Xatırladaq ki, Şəbnəm Həsənovanın sosial şəbəkədə Kamil Zeynallını təyyarədə çit apardığına görə, tənqid etməsi ikili arasında qalmaqala səbəb olmuşdu.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər