Bir neçə gün öncə “5-də 5” verilişində müğənni Nadir Qafarzadə və toy sahibi Vaqif Süleymanov arasında qalmaqal yaşanıb.
Teleqraf.com xəbər verir ki, məsələ ilə bağlı toy sahibi Vaqif Süleymanov bu gün mətbuata müraciət yayıb: “Hörmətli media nümayəndələri, yazıb sizə bildirirəm ki, müğənni Nadir Qafarzadə ilə aramızda olan anlaşılmazlığa son qoyduq. Hazırda aramızda heç bir problem yoxdur. Sadəcə, əsəbi olduğum üçün qeyri-etik cümlələr işlətmişəm. Bizə görə də bir çox insanlar narahat oldu. Bəziləri bu məsələni daha da şişirtməyə, şou yaratmağa çalışdı. Ona görə də bizi tanıyanlar, üzrlü sayın. Biz artıq dost olaraq qalırıq. Əsəbi halda söylədiyimiz sözləri şouya çevirənlərə isə, demək istəyirəm ki, daha bəsdir, yekunlaşdırın. Bundan sonra Nadir Qafarzadə ilə bir-birimizə yalnız xoş sözlər deyə bilərik. Bir iş idi - oldu, bitdi. Nadir bəyə bundan sonrakı sənət yolunda uğurlar arzu edirəm. Daha bu mövzuyla bağlı heç bir jurnalist məni narahat etməsin”.
Rəqsanə