19 Yanvar 2017 14:18
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV-dən ayrılan məşhur teleaparıcı-redaktor Zümrüd Bədəlova Teleqraf.com vasitəsilə telekanaldan ayrılmasına aydınlıq gətirib.

- Xəzərdə Nəsib Nurun aparıcılıq etdiyi “Nəsib olsa” verilişinin redaktoru oldunuz. Verilişə hansı yeniliyi gətirəcəksiniz?

- “Nəsib olsa” verilişi əvvəllər həftədə bir dəfə, indi həftəlik efirə gedir. Efir vaxtı bir saatdır. Bu vaxt ərzində həm musiqi, həm də əyləncəyə yer veririk. Bundan başqa, maraqlı rublikalarımız olacaq. Veriliş üzərində çox böyük kollektiv işləyir.

- Fəaliyyətinizi Xəzərdə davam etdirməyiniz ATV rəhbərliyi ilə münasibətinizə təsir etdimi?

- Xeyr, məsləhətləşərək Xəzər TV-yə gəldim. Xəzərdən gələn təklifi ATV rəhbərliyinə bildirdim və dostluq münasibətimi saxlayaraq buraya gəldim. Xəzərlə ATV arasında dostluq var.

- Xəzər TV-yə keçməyinizdə məqsəd Nəsib Nurla tanışlıq, yoxsa ödənilən məbləğ önəm daşıdı?

- Sözün düzü, məbləğ haqqında düşünmədim. Burada dostlarım çalışır, onlara kömək lazım idi. Veriliş redaktorsuz idi. ATV-də də verilişlərim vardı. Azər Axşamın aparıcılıq etdiyi verilişin redaktoru idim. Burada da eyni həyəcan və hədəflə çalışıram. Belə ki, dostlarıma kömək üçün gəldim, ortam çox xoşuma gəldi.

- İlk təklif kimdən gəldi?

- Qeyd edtiyim kimi bu kanalda dostlarım çoxdur. Nəsib Nur, Kənan Bayramov mənim yaxın dostlarımdır. Bu insanları 15 ilə yaxındır tanıyıram. Xəzər rəhbərliyi tərəfindən təklif gəldi və qəbul etdim.

- Xəzər kanalına öyrəşə bilirsiniz?

- Əslində, kollektivimizdə kənar adam yoxdur. Neçə illərdir tanıdığım insanlardır. 16 yaşımdan televiziya sahəsindəyəm. Demək olar birlikdə böyümüşük. Eyni atmosferdir, sadəcə, məkan dəyişib. Hər gün ATV-dəki dostlarımla danışam. Çətinlik olanda köməklik göstərirəm.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər