"Mançester Yunayted" ev oyunlarını keçirdiyi "Old Trafford" stadionunda yenidənqurma işlərinə başlamağa hazırlaşır.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub stadionun azarkeş tutumunu daha 12 min artırmağı planlaşdırır.
Bu gerçəkləşəcəyi təqdirdə, "Old Trafford"da azarkeş tutumu 88 minə çatacaq. Bununla da, "Old Trafford" klub səviyyəsində bu göstəricidə Avropada "Barselona"nın "Nou Kamp" stadionundan (99 min 354) sonra ikinci olacaq.
Qeyd edək ki, hazırda Avropada ən çox azarkeş tutumuna malik ikinci klub stadionu "Real"ın ev oyunlarının keçirdiyi "Santyaqo Bernabeu"dur (81 min 44).
Xatırladaq ki, İngiltərədə hazırda ən böyük stadion Londondak "Uembli" arenasıdır. Lakin 90 min tamaşaçı tutumuna malik bu stadionda əsasən milli komanda oynayır.