Vətəndən kənarda yaşayan elit star Cəmilə Bakıya gəlib.
Müğənni Teleqraf.com-a açıqlamasında xarici ölkədə yaşadığını deyib: “Artıq vətənə gəldim. Xarici ölkədə yaşayırdım, orada verilişlər çəkirdim. Oğlum Avstriyadadır, ona görə də tez-tez orada oluram. Vətənə gələndə özümü çox yaxşı hiss edirəm. Hazırda yeni mahnılar üzərində işləyirəm. İnşallah, konsert verməyi planlaşdırıram”.
Cəmilə plastik əməliyyat etdirdiyini də etiraf edib: “Yüngülvari plastik əməliyyat etdirmişəm. Qaşım tatudur. Çox qalın qaş xoşlamıram. İnsanlar qapqara qalın qaş düzəltdirirlər. Onu heç sevmirəm”.
Rəqsanə